Amerikalı komediya ustası dünyasını dəyişib

Amerikalı komediya ustası dünyasını dəyişib Don Riklz böyrək çatışmazlığından vəfat edib
İncəsənət
7 Aprel , 2017 05:02
Amerikalı komediya ustası dünyasını dəyişib

Bakı. 7 aprel. REPORT.AZ/ Tanınmış amerikalı komediya ustası, "Emmi" mükafatı laureatı Don Riklz böyrək çatışmazlığından 91 yaşında Los-Ancelesdə vəfat edib.

"Report" xəbər verir ki, bu barədə aktyorun nümayəndəsinə istinadən ABC telekanalı məlumat yayıb.

Riklz 8 may 1926-cı ildə Nyu-Yorkda doğulub. O, ABŞ-da Conni Karsonun yumoristik televiziya şousunda çıxışları ilə məşhur idi. Aktyor, həmçinin Martin Skorsezenin "Kazino" (Casino, 1995) filminə çəkilib.

Son xəbərlər

Orphus sistemi