Amerikalı komediya aktyoru Cin Uaylder vəfat edib

Amerikalı komediya aktyoru Cin Uaylder vəfat edib Onun ölümünə Alsqeymer xəstəliyinin yaratdığı fəsadlar səbəb olub
İncəsənət
30 Avqust , 2016 01:32
Amerikalı komediya aktyoru Cin Uaylder vəfat edib

Bakı. 30 avqust. REPORT.AZ/ Amerikanın Cin Uaylder ləqəbi ilə məşhur olan komediya aktyoru Cerom Silberman 83 yaşında Konnektikut ştatının Stamford şəhərində öz evində vəfat edib.

"Report" xəbər verir ki, bu barədə "Variety" jurnalı yazıb.

Aktyorun qohumları onun ölüm xəbərini təsdiq ediblər. Onların sözlərinə görə, Cerom Silbermanın ölümünə Alsqeymer xəstəliyinin törətdiyi fəsadlar səbəb olub.

Onun çəkildiyi filmlərdən ən məşhurları sırasında "Prodüserlər" (The Producers, 1968), "Villi Vonka və şokolad fabriki" (Willy Wonka & the Chocolate Factory, 1971), "Heç nə görmürəm, heç nə eşitmirəm" (See No Evil, Hear No Evil, 1989), "Gənc Frankenşteyn" (Young Frankenstein, 1974) adlı ekran əsərlərinin adını qeyd etmək olar.

Uaylder "Emmi" mükafatı laureatı idi.

Son xəbərlər

Orphus sistemi