Amerikalı aktyor Con Qevin vəfat edib

Amerikalı aktyor Con Qevin vəfat edib O, "Spartak" filmində Yuli Sezar rolunu canlandırıb
İncəsənət
10 Fevral , 2018 05:58
Amerikalı aktyor Con Qevin vəfat edib

Bakı. 10 fevral. REPORT.AZ/ Amerikalı aktyor Con Qevin 86 yaşında vətənində vəfat edib.

“Report” xəbər verir ki, bu barədə aktyorun həyat yoldaşının menecerinə istinadən "Fox News" məlumat yayıb.

O, tamaşaçılara daha çox "Psixo" filmindəki Sem Lumis rolu iə tanışdır. Aktyor həmçinin "Spartak" filmində Yuli Sezar rolunu canlandırıb. Con Qevin bir müddət ABŞ-ın Meksikadakı səfiri işləyib.

Son xəbərlər

Orphus sistemi