"Almaz" əsərinə yeni quruluş vermək planlaşdırılır

"Almaz" əsərinə yeni quruluş vermək planlaşdırılır Rejissor tamaşanın Dövlət sifarişi ilə hazırlanmasına ümid edir
İncəsənət
23 Fevral , 2015 13:34
Almaz əsərinə yeni quruluş vermək planlaşdırılır

Bakı. 23 fevral. REPORT.AZ/ Azərbaycanın xalq artisti, rejissor Mərahim Fərzəlibəyov görkəmli dramaturq Cəfər Cabbarlının "Almaz" əsərini səhnəyə qoymaq istəyir.

Bu barədə "Report"a açıqlama verən rejissor bir neçə ildir tamaşaya quruluş vermək istədiyini bildirib.

"Almaz" əsərinə quruluş vermək istəyim bir neçə ildir beynimdə dolaşır. Bu fikir məni tərk etmir. Bu barədə C.Cabbarlının qızı Gülarə xanımla da, danışmışam. Gülarə xanım da, əsərin tamaşaya qoyulmasını səbirsizliklə gözləyir. Amma tamaşanın hazırlanması üçün dövlət sifarişinin olmasını istəyirəm. Çünki əsər teatrın öz hesabına hazırlansa, maliyyə baxımından zəif alınacaq. Yəni kostyumlar, dekorasiyalar zəngin olmayacaq. Amma dövlət sifarişi ilə hazırlansa C.Cabbarlının adına layiq əsər olacaq". Xalq artisti, rejissor Mərahim Fərzəlibəyov belə deyib.

Xatırladaq ki, son dəfə Akademik Milli Dram Teatrı Cəfər Cabbarlının "Aydın" və "Ədirnə fəthi" əsərlərini tamaşaya qoyub. 

Son xəbərlər

Orphus sistemi