Yuxarı

Almaz Ələsgərli uzun fasilədən sonra aktrisa kimi səhnəyə çıxacaq

Müğənni Musiqili Teatrın səhnəsində çıxış edəcək

Bakı. 27 fevral. REPORT.AZ/ Əməkdar artist, müğənni Almaz Ələsgərli Azərbaycan Dövlət Musiqili Teatrının səhnəsində çıxış edəcək. 

Bu barədə "Report"a tamaşanın rejissoru, xalq artisti İlham Namiq Kamal məlumat verib.

O bildirib ki, müğənni "Amerikalı kürəkən" tamaşasında baş rolu ifa edəcək: "Teatrda Ramiz Mirişli və Marat Haqverdiyevin "Amerikalı kürəkən" musiqili komediyası hazırlanır. Tamaşada Tünzalə rolunu əməkdar artist Almaz Ələsgərli ifa edəcək. Artıq məşqlər aparılır. Tamaşanın premyerası apreldə olmalıdır. Almaz Ələsgərli İncəsənət Universitetinin Musiqili Komediya fakültəsini bitirib və uzun illər əvvəl Musiqili Komediya Teatrında aktrisa kimi çalışıb. "Nəğməli Könül" adlı tamaşada baş rolu ifa edib. Ona görə də yenidən Almaz xanımı aktrisalıq fəaliyyətinə qaytarmaq istədik."

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi