Yuxarı

Almaniya və Özbəkistanın solistləri “Trubadur” operasında çıxış edəcəklər

Almaniya və Özbəkistanın solistləri “Trubadur” operasında çıxış edəcəklər
Tamaşanın dirijoru əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyevdir

Bakı. 16 may. REPORT.AZ/ Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında mayın 27-də C.Verdinin "Trubadur" operasının tamaşası keçiriləcək. 

Teatrın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tamaşada teatrın solistləri ilə yanaşı, qastrolçular da çıxış edəcəklər.

Əsas partiyalardan biri - Manriko partiyasını Ə.Nəvai adına Böyük Opera və Balet Teatrının solisti, Özbəkistanın xalq artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Ramiz Usmanov ifa edəcək.

Azərbaycan Opera və Balet Teatrının keçmiş solisti, hazırda Manhyem (Almaniya) Milli Opera Teatrında çalışan istedadlı həmyerlimiz, Azərbaycanın xalq artisti Əvəz Abdullayev isə Qraf di Luna rolunu ifa etmək üçün dəvət olunub.

Leonora rolunda əməkdar artist Afaq Abbasova, Azuçena rolunda isə Nina Makarova çıxış edəcəklər.

Tamaşanın dirijoru əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyevdir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi