Almaniya səfirliyi Bakıda Milad konserti təşkil edəcək

Almaniya səfirliyi Bakıda Milad konserti təşkil edəcək Dekabrın 7-də Kapelhaus binasında keçiriləcək konsertə giriş sərbəstdir
İncəsənət
6 Dekabr , 2017 10:47
Almaniya səfirliyi Bakıda Milad konserti təşkil edəcək

Bakı. 6 dekabr. REPORT.AZ/ Almaniyanın Bakıdakı səfirliyi dekabrın 7-də ənənəvi Milad konserti təşkil edəcək.

Səfirlikdən "Report"a verilən məlumata görə, konsertdə İohann Sebastyan Bax, Georq Fridrix Hendelin əsərləri və bir sıra milad, xalq və kilsə musiqiləri, həmçinin tanınmış azərbaycan bəstəkarlarının əsərləri ifa olunacaq.

Dekabrın 7-də saat 18.30-da Alman Xilaskar Kilsəsində (Kapelhaus binasında) keçiriləcək konsertə giriş sərbəstdir.

Son xəbərlər

Orphus sistemi