Alman modelyer yeni kolleksiyasını Azərbaycana həsr edib

Alman modelyer yeni kolleksiyasını Azərbaycana həsr edib Leoni Mergenin yeni kolleksiyası bu ilin 17 fevral tarixində Londonda sərgilənəcək
İncəsənət
6 Fevral , 2018 00:26
Alman modelyer yeni kolleksiyasını Azərbaycana həsr edib
Report

London. 6 yanvar. REPORT.AZ/ Əvvəllər Qarabağ kolleksiyası ilə tanınan alman modelyer Leoni Mergen özünün yeni kolleksiyasını yenidən Azərbaycana həsr edib.

“Report”un Qərbi Avropa bürosu məlumat verir ki, Leoni Mergen yeni kolleksiyasını azərbaycanlı sənətkar Arif Əzizin yaradıcılığı əsasında yaradıb.

Onun yeni kolleksiyası bu ilin 17 fevral tarixində Böyük Britaniyanın paytaxtında, moda həftəsi çərçivəsində sərgilənəcək.

Gənc modelyerin Qarabağ regionunun ənənəvi geyimlərindən ilham alaraq yaratdığı kolleksiya artıq Avropanın bir sıra şəhərlərində, habelə London və Berlində nümayiş etdirilib. Atçılığın rəmzi kimi dəri aksessuarları və mürəkkəb ipək elementlərindən geniş istifadə olunan “Qarabağ kolleksiyası” Avropada böyük marağa səbəb olub.

Son xəbərlər

Orphus sistemi