Alisa Freyndlix və Oleq Basilaşvili Bakıda mətbuat konfransı keçirəcək

Alisa Freyndlix və Oleq Basilaşvili Bakıda mətbuat konfransı keçirəcək Rusiya Böyük Dram Teatrının kollektivi Bakıya gələcək
İncəsənət
14 Dekabr , 2015 17:34
Alisa Freyndlix və Oleq Basilaşvili Bakıda mətbuat konfransı keçirəcək

Bakı. 14 dekabr. REPORT.AZ/ Q.A.Tovstonoqov adına Rusiya Böyük Dram Teatrının kollektivi Bakıya gələcək. 

Bu barədə "Report"a S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrından məlumat verilib. 

Məlumata görə, Rusiya Böyük Dram Teatrı "Böyük qastrollar-2015" xarici qastrol səfərləri çərçivəsində dekabrın 20-21-də Bakıda olacaq. 

Teatr F.Dostoyevskinin "Dayının yuxusu" əsəri əsasında Rusiyanın xalq artisti, rejissor Timur Çxeidzenin hazırladığı tamaşanı azərbaycanlı tamaşaçılara təqdim edəcək. 

Bu münasibətlə dekabrın 21-də Tovstonoqov adına Rusiya Böyük Dram Teatrınının yaradıcı heyəti Bakıda mətbuat konfransı keçirəcək. Tədbirdə SSRİ xalq artistləri Alisa Freyndlix və Oleq Basilaşvili iştirak edəcək.

Qeyd edək ki, bu Tovstonoqov adına Rusiya Böyük Dram Teatrının Bakıya ilk qastrol səfəridir.

Səfərin təşkilatçıları Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi və Rusiyanın Mədəniyyət Nazirliyidir.

Xatırladaq ki, "Dayının yuxusu" əsəri Rusiya Böyük Dram Teatrının qızıl fonduna daxil olan tamaşadır. Tamaşa dəfələrlə xarici ölkələrdə uğurla nümayiş etdirilib.

Rusiyada "Qızıl Maska", Estoniyada "Ən yaxşı tamaşa", Tbilisidə keçirilən Beynəlxalq Teatr Festivalında isə birinci yerin sahibi olub.

Son xəbərlər

Orphus sistemi