Yuxarı

Alim Qasımov Tehranda konsert verəcək

Xalq artisti səhnəni iranlı ifaçı Pərvaz Homay ilə bölüşəcək

Bakı. 15 fevral. REPORT.AZ/ Alim Qasımov martın 9-10-da Tehranda konsert proqramı ilə çıxış edəcək.

"Report" xəbər verir ki, xalq artisti konsertdə səhnəni iranlı musiqiçi Pərvaz Homay ilə bölüşəcək.

Konsert proqramı 90 dəqiqə davam edəcək və Alim Qasımov öz qrupu ilə 45 dəqiqə ifa edəcək. 

Konsert zamanı ifaçıların dueti də gözlənilir.

Qeyd edək ki, Pərvaz Homay 2005-ci ildə yaratdığı "Mastan" ansamblının vokalçısıdır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi