Alim Qasımov konsertə hazırlaşır

Alim Qasımov konsertə hazırlaşır Alim Qasımov yenidən doğma Vətəndə konsert proqramı ilə çıxış edəcək
İncəsənət
10 Noyabr , 2014 17:48
Alim Qasımov konsertə hazırlaşır

Bakı. 10 noyabr. REPORT.AZ/ Azərbaycanın xalq artisti, YUNESKO mükafatı laureatı Alim Qasımov qızı, əməkdar artist Fərqanə Qasımova ilə birlikdə konsertə hazırlaşır.

Beynəlxalq Muğam Mərkəzindən "Report"a daxil olan xəbərə görə, noyabrın 14-də muğam ustadı Mərkəzdə yeni konsert proqramı ilə çıxış edəcək. Konsertdə Alim Qasımov qızı Fərqanə Qasımova ilə Azərbaycan muğamlarını, təsnif və xalq mahnılarını səsləndirəcək.

Konsert noyabrın 14-ü saat 20.00-da baş tutacaq.

Son xəbərlər

Orphus sistemi