Mətbuat katibi: "Alim Qasımov hər zaman gənclərə dəstək olub"

Mətbuat katibi: "Alim Qasımov hər zaman gənclərə dəstək olub" "Bu fikirələri yalnız onun sənətini dəyərləndirə bilməyən insanlar söyləyə bilərlər"
İncəsənət
17 Mart , 2017 15:26
Mətbuat katibi: Alim Qasımov hər zaman gənclərə dəstək olub

Bakı. 17 mart. REPORT.AZ/ "Alim Qasımova Tehran konserti ilə bağlı təklif iranlı müğənni Homay Pərvazdan gəlib". 

Bunu "Report"a açıqlamasında ustad xanəndənin mətbuat katibi Səadət Möhübova bir sıra mətbuat orqanlarında xalq artistinin Tehranda baş tutan konserti ilə bağlı "Sənətini pula satıb" başlığı altında yayılmış informasiyaları şərh edərkən bildirib.

Onun sözlərinə görə, kütləvi informasiya vasitələrində yayılan məlumatlar tamamilə absurddur: "Gənc ifaçı Homay Pərvaz artıq iki ildir bu konsert üçün musiqilər yazırdı, hazırlaşırdı. Alim Qasımov hər zaman gənclərə dəstək olub və onların sənətdə addımlamağı üçün əlindən gələni əsirgəməyib. Bu fikirələri yalnız onun sənətini dəyərləndirə bilməyən insanlar söyləyə bilərlər. Bu necə bir yazıdır, fikirdir axı? Alim Qasımovun bu kimi səviyyəsiz yazılara cavab verəcəyini fikirləşiblərsə yanılıblar. O, heç vaxt özünü bu səviyyəyə endirməz".  

Son xəbərlər

Orphus sistemi