Alen Delon payızda kino karyerasını bitirəcək

Alen Delon payızda kino karyerasını bitirəcək "Boksçu qaydalar çərçivəsindən kənar döyüşmək istəmədiyi kimi, mən də artıq filmə çəkilmək istəmirəm"
İncəsənət
6 May , 2017 09:19
Alen Delon payızda kino karyerasını bitirəcək

Bakı. 6 may. REPORT.AZ/ Məşhur fransız aktyor Alen Delon rejissor Patris Lekontenin filmində çəkilişləri başa vurduqdan sonra payızda kino karyerasını başa vuracağını açıqlayıb.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

"Bu, sonuncu filmim olacaq. Boksçu qaydalar çərçivəsindən kənar döyüşmək istəmədiyi kimi, mən də artıq filmə çəkilmək istəmirəm", - deyə 81 yaşlı aktyor bildirib.

A.Delonun sözlərinə görə, son filmi sevgi hekayəsindən bəhs edir. Onun canlandırdığı öz yaşlarındakı qəhrəman təsadüfən 50 yaşlı qadınla rastlaşır. Qadın rolunu Jülyet Binoş ifa edəcək.

Qeyd edək ki, A.Delon sonuncu dəfə ekranlarda təxminən 10 il əvvəl "Asteriks Olimpiya Oyunlarında" (2008) filmində görünmüşdü. 

Son xəbərlər

Orphus sistemi