Yuxarı

Aleksandr Kalyagin 74 yaşında Xlestakov obrazını ifa edəcək

Tamaşaya quruluşu məşhur rejissor Robert Sturua verəcək

Bakı. 30 avqust. REPORT.AZ/ Rusiyanın xalq artisti, Rusiya Teatr Xadimləri İttifaqının sədri Aleksandr Kalyagin N.Qoqolun "Müfəttiş" əsərində Xlestakov obrazını ifa edəcək.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, 74 yaşlı aktyorun ifasında nümayiş etdiriləcək tamaşanın rejissoru Robert Sturuadır. 

Tamaşa Aleksandr Kalyaginin rəhbərlik etdiyi "Et Cetera" Teatrının səhnəsində hazırlanacaq. Beləliklə də, teatr 24-cü teatr mövsümündə N.Qoqolun "Müfəttiş" komediyasına səhnə həyatı vermək qərarına gəlib.

Hazırda tamaşanın qızğın məşqləri gedir. Rejissor Robert Sturua Xlestakov obrazını Aleksandr Kalyaginə, Qorodniçi obrazına isə "Lenkom" Teatrının tanınmış aktyoru Aleksandr Lazarevi dəvət edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi