Alek Bolduinə jurnalistlərin şam yeməyində Trampı əvəz etmək təklif olunub

Alek Bolduinə jurnalistlərin şam yeməyində Trampı əvəz etmək təklif olunub "Alek Bolduin, paltarını dəyişməyin vaxtı çatıb"
İncəsənət
26 Fevral , 2017 07:54
Alek Bolduinə jurnalistlərin şam yeməyində Trampı əvəz etmək təklif olunub

Bakı. 26 fevral. REPORT.AZ/ Birləşmiş Ştatların məşhur aktyor və rejissoru Zak Braff həmkarı Alek Bolduinə Ağ Evin Müxbirlər Assosiasiyasının ənənəvi şam yeməyində prezident Donald Trampı əvəzləməyi təklif edib.

“Report” xəbər verir ki, bunu o şəxsi “Twitter” əkkauntunda yazıb.

"Alek Bolduin, paltarını dəyişməyin vaxtı çatıb", - deyə o yazıb.

ABŞ prezidenti Donald Tramp jurnalistlərin ənənəvi şam yeməyində iştirak etməyəcəyini bildirib.

Alek Bolduin artıq bir dəfə ABŞ prezidentini təqlid edib və buna görə Amerika kinotənqidçilərinin mükafatına layiq görülüb.

Son xəbərlər

Orphus sistemi