Skorsezenin 150 milyonluq yeni filmi Al Paçino və De Nironu "cavanlaşdıracaq"

Skorsezenin 150 milyonluq yeni filmi Al Paçino və De Nironu "cavanlaşdıracaq" Filmdə Robert De Niro, Al Paçino və Co Peşini 30, 50 və 70 yaşlı insan kimi göstərmək üçün bahalı texnologiyadan istifadə edilməsi planlaşdırılır
İncəsənət
2 Mart , 2017 16:36
Skorsezenin 150 milyonluq yeni filmi Al Paçino və De Nironu cavanlaşdıracaq

Bakı. 2 mart. REPORT.AZ/ Məşhur kinorejissor, aktyor, prodüsser və ssenarist Martin Skorsezenin yeni filminin büdcəsi aktyorların "cavanlaşma"sı üçün tələb olunan texnologiyadan istifadə ediləcəyinə görə 120-150 milyon dollar civarında olacaq.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, "İrlandiyalı" filmində Robert De Niro, Al Paçino və Co Peşi çəkiləcəklər.

Film real hadisələrə əsaslanır və muzdlu qatil Frenk Şiran barədədir.

"İrlandiyalı" filmində De Niro, Al Paçino və Peşini 30, 50 və 70 yaşlı insan kimi göstərmək üçün bahalı texnologiyadan istifadə edilməsi planlaşdırılır.

Filmin hazırlıq prosesi uzun müddətdir davam edir.

Son xəbərlər

Orphus sistemi