Yuxarı

Aktyor Məcid Dadaşov dünyasını dəyişib - FOTO

Xərçəng xəstəliyindən əziyyət çəkən aktyor bu gün evində vəfat edib

Bakı. 17 aprel. REPORT.AZ/Azərbaycan Musiqili Komediya Teatrının aktyoru, bir sıra filmlərdə uğurlu rollar oynamış Məcid Dadaşov bir neçə saat bundan əvvəl dünyasını dəyişib. 

Bu barədə "Report"a mərhumun yaxınları məlumat veriblər.

Əldə etdiyimiz məlumata görə, xərçəng xəstəliyindən əziyyət çəkən Məcid Dadaşov bu gün evində vəfat edib.

Xatırladaq ki, Məcid Dadaşov "Bir cənub şəhərində", "Yol əhvalatı", "Azərbaycan naminə" filmlərində çəkilib.

Onun "Bir cənub şəhərində" filmində oynadığı Həsən rolu xüsusən uğurlu alınıb.

Qeyd edək ki, Məcid Dadaşovun oğlu Manaf Dadaşov Gənc Tamaşaçılar Teatrının aktyorudur.   

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi