Aktyor Ənvər Həsənovun səhhəti pisləşib

Aktyor Ənvər Həsənovun səhhəti pisləşib O, müalicə alır
İncəsənət
14 Yanvar , 2017 12:47
Aktyor Ənvər Həsənovun səhhəti pisləşib

Bakı. 14 yanvar. REPORT.AZ/ Azərbaycanın əməkdar artisti Ənvər Həsənovun səhhəti pisləşib.

Aktyor "Report"a açıqlamasında müalicə aldığını və özünü yaxşı hiss etmədiyini bildirib: "Hazırda müalicə alıram. Böyrəklərimdə ciddi soyuqdəymə var və 4 aydır əziyyət çəkirəm".

Qeyd edək ki, Ə.Həsənovun 66 yaşı var və "Yeddi oğul istərəm" filmində Cəlal, "Dərviş Parisi partladır" filmində Şahbaz, "Babək" filmində Tərxan, "Atları yəhərləyin" filmində Sirac, "Uşaqlığın son gecəsi" filmində Murad və başqa maraqlı obrazlar yaradıb

Son xəbərlər

Orphus sistemi