Bakı. 15 iyun. REPORT.AZ/ SSRİ xalq artisti Aleksey Batalov 89 yaşında vəfat edib.
Bu barədə "Report” Rusiya KİV-nə istinadən xəbər verir.
Batalov "Durnalar uçur", "Moskva göz yaşlarına inanmır", "İtlə gəzən qadın" və s. filmlərdə çəkilib.
O, həmçinin "Şinel", "Üç gombul" və "Oyunçu" filmlərinin rejissoru olub.