Bakı Dövlət Sirki "Qızıl dördlük" adlı sirk şousunu təqdim edəcək

Bakı Dövlət Sirki "Qızıl dördlük" adlı sirk şousunu təqdim edəcək Möhtəşəm sirk proqramı martın 14-dən 30-dək olacaq
İncəsənət
3 Mart , 2015 14:24
Bakı Dövlət Sirki Qızıl dördlük adlı sirk şousunu təqdim edəcək

Bakı. 3 mart. REPORT.AZ/ Bakı Dövlət Sirki "Sirk Çinizelli"nin təqdimatında Bakıda ilk dəfə olaraq "Qızıl dördlük" adlı sirk şousunu təqdim edəcək.

"Report" xəbər verir ki, bu barədə məlumatı Bakı Dövlət Sirkinin mətbuat xidməti yayıb.

Bakı Dövlət Sirkinin Novruz Bayramı münasibətilə təşkil edəcəyi möhtəşəm sirk şousunda Böyük Moskva, Nikulin, Çinizelli və Belarus sirklərinin artistləri çıxış edəcək.

Proqramda akrobatlar qrupu, timsahlar, şar içində motosikletçilər, "Professor Yermakovun itlər məktəbi", eqzotik tutuquşular, atlar və dəvələr, hava nömrələri, qeyri-adi lazer və işıq effektləri, şən klounlar olacaq.

Qeyd edək ki, martın 14-dən başlayacaq sirk proqramı martın 30-dək davam edəcək.

Biletləri Bakı Dövlət Sirkinin kassalarından əldə etmək olar. 

Son xəbərlər

Orphus sistemi