Yuxarı

Akademik Milli Dram Teatrının mətbuat katibi vəzifəsindən azad edilib

Mənə heç kim işdən çıx deməyib

Bakı. 30 sentyabr. REPORT.AZ/ Akademik Milli Dram Teatrının mətbuat katibi Elçin Cəfərov vəzifəsindən azad edilib.

E.Cəfərov "Report"a açıqlamasında məlumatı təsdiqləyib. O, işdən öz ərizəsi ilə çıxdığını deyib: "Mənə heç kim "işdən çıx" deməyib. Son vaxtlar işlərimin sıxlığı teatrda səmərəli fəaliyyətimə mane olurdu. Məhz buna görə də Milli Dram Teatrından getməyi məsləhət bildim. Mədəniyyət və İncəsənət Universitetinin teatrşünaslıq kafedrasında dərs deyirəm. Həm də YUĞ Teatrının ədəbi hissə müdiriyəm. Yəni, işlərim kifayət qədər çoxdur".

Qeyd edək ki, Milli Dram Teatrının yeni mətbuat katibi vəzifəsinə jurnalist Cavid Zeynalov təyin edilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi