Bakı. 20 aprel. REPORT.AZ/ Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov Konyada keçirilən “Min nəfəs, bir səs” teatr festivalında iştirak etmək üçün Türkiyəyə gedib.
Teatrın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, aprelin 20-dən 30-dək davam edəcək festivala İ.İsrafilov fəxri qonaq qismində qatılacaq.
Türkiyə Dövlət Teatrları Baş Müdirliyinin və Konya Dövlət Teatrının təşəbbüsü, Türkiyə Cümhuriyyəti
Xatırladaq ki, ötən il festivalda Azərbaycanı Akademik Milli Dram Teatrının “İlahi oyun” tamaşası təmsil edib və teatrımızın tamaşası böyük müvəffəqiyyət qazanıb.
Festivalın bu ilki proqramına Türkiyə, Azərbaycan, Qazaxıstan, Dağıstan, Başqırdıstan, Türkmənistan, Kipr, Albaniya və Xakasiya teatrlarının tamaşaları da daxildir.
Bu il “Min nəfəs, bir səs” festivalında Azərbaycanı Şəki Dövlət Dram Teatrının “Xəsis” tamaşası təmsil edəcək. Festival müddətində məşhur türk dramatuqu Haldun Tanerin xatirəsinə həsr olunmuş beynəlxalq pyes müsabiqəsi də keçiriləcək. TÜRKSOY və Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə keçiriləcək müsabiqədə bütün türkdilli xalqların nümayəndələri iştirak edəcək.
Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov müsabiqədə münsiflər heyətinin üzvü kimi iştirak edəcək.
Bununla yanaşı, səfər çərçivəsində İsrafil İsrafilovun beynəlxalq əməkdaşlıq layihələri ilə bağlı bir sıra işgüzar görüşləri nəzərdə tutulub.