Akademik Milli Dram Teatrının direktoru British Council-ın nümayəndələri ilə görüşüb

Akademik Milli Dram Teatrının direktoru British Council-ın nümayəndələri ilə görüşüb Görüşdə Londonun "Qlobus” Şekspir Teatrının Bakı səfəri müzakirə edilib
İncəsənət
12 Sentyabr , 2015 16:28
Akademik Milli Dram Teatrının direktoru British Council-ın nümayəndələri ilə görüşüb

Bakı. 12 sentyabr. REPORT.AZ/ Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov British Council-ın nümayəndələrini qəbul edib.

“Report” xəbər verir ki, görüşdə "Qlobus” Şekspir Teatrının Bakı səfəri müzakirə edilib.

Qeyd olunub ki, oktyabrın 3-də Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində Şekspirin “Hamlet” tamaşası nümayiş etdiriləcək.

Tamaşa Şeksprin anadan olmasının 450-ci və ölümünün 400-cü ildönümü münasibətilə təqdim olunacaq.

Qeyd edək ki, Londonun “Qlobus” Teatrı 2014-cü il aprelin 23-dən möhtəşəm dünya turnesinə çıxıb. Bu layihənin məqsədi “Hamlet” tamaşasını iki il müddətində dünyanın hər bir ölkəsində nümayiş etdirməkdən ibarətdir. On altı nəfərdən ibarət teatr truppası dünyanın bütün kontinentlərinə səyahət edərək unikal məkanlarda və əsrarəngiz teatr səhnələrində çıxış edir.

"Qlobus" Şekspir Teatrının bədii rəhbəri və “Hamlet” tamaşasının rejissoru Dominik Dromgul bildirib ki, “Globe to Globe Hamlet” layihəsi “Hamlet” tamaşasının müxtəlif məkanlarda və böyük tamaşaçı auditoriyasına nümayiş olunması məqsədilə yaradılıb.

“Dünya turnesi çərçivəsində “Qlobus” Şekspir Teatrını “Hamlet” tamaşası ilə Bakıda qarşılamağa şadıq. Azərbaycan tamaşaçısı bu sənət əsərini tanıyır və sevir və onu Şekspirin öz teatrı tərəfindən yeni quruluşda izləmək fürsətini qaçırmayacaq. Biz Şekspirin ildönümünü növbəti il də qeyd etməyə davam edəcəyik”, - British Council Azərbaycanın direktoru Elizabet Vayt bildirib.

Tamaşa ingilis və Azərbaycan dilində subtitrlərlə numayiş olunacaq.

Son xəbərlər

Orphus sistemi