Bakı. 12 oktyabr. REPORT.AZ/ Azərbaycanın əməkdar artisti, Akademik Milli Dram Teatrının aktyoru Pərviz Bağırovun doğum günüdür.
"Report" xəbər verir ki, aktyor 65 illik yubileyini qeyd edir.
Yubileyini dostları ilə qeyd edəcəyini deyən Pərviz Bağırov, 65 yaşını təmtəraqlı keçirmək istəyir.
Xatırladaq ki, Pərviz Bağırov 1950-ci ildə Bakı şəhərində anadan olub. 1972-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib.
Təyinatla Akademik Milli Dram Teatrına gələn aktyor teatrda bir-birindən maraqlı obrazlar yaradıb.
Bu gün də, teatrda fəaliyyət göstərən Pərviz Bağırov, "Azərbaycanfilm" kinostudiyasında çəkilən filmlərdə də, bir sıra rollar ifa edib.