Akademik Milli Dram Teatrının aktyoru yubileyi münasibətilə mükafatlandırılıb

Akademik Milli Dram Teatrının aktyoru yubileyi münasibətilə mükafatlandırılıb Məzahir Cəlilov 36 ildir Akademik Milli Dram Teatrında çalışır
İncəsənət
18 İyul , 2016 20:53
Akademik Milli Dram Teatrının aktyoru yubileyi münasibətilə mükafatlandırılıb

Bakı. 18 iyul. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru, əməkdar artist Məzahir Cəlilovu milli mədəniyyətimizin inkişafındakı xidmətlərinə və 70 illik yubileyi münasibətilə mükafatlandırıb.

Bu barədə “Report”a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məzahir Cəlilov 1946-cı ildə anadan olub. 1975-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyoru fakültəsini bitirib. 1980-cı ildənAzərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışır və teatrın səhnəsində müxtəlif səpgili obrazlar yaradıb.

Bunlardan Vəkil Vadenbirn (L.Frank "Yad adam"), Barmen və 4-cü polis (Anar "Səhra yuxuları"), Qasid, Həkim, Keşiş (Şekspir "Maqbet", "Kral Lir", "Hamlet"), Sərkis (M.İbrahimov "Közərən ocaqlar"), Papas (H.Cavid "İblis"), Şeyx Alı (S.Vurğun "Vaqif"), Sıldırım (N.Xəzri "Torpağa sancılan qılınc"), Sərkərdə (M.S.Ordubadi "Qılınc və qələm"), Kəlbəlixan (İ.Əfəndiyev "Hökmdar və qızı"), Ergin (B.Vahabzadə "Özümüzü kəsən qılınc"), Kərbəlai Muxtar (C.Məmmədquluzadə "Ölülər"), Ağsaqqal (B.Vahabzadə "Dar ağacı"), Ya O (Ç.Aytmatov "Sokratı anma gecəsi"), Hacı Salah (M.F.Axundzadə "Lənkəran xanının vəziri"), Məmur (N.Hikmət "Kəllə"), Məlüküldövlə (İ.Əfəndiyev "Xurşidbanu Natəvan"), Xondulu (İ.Şıxlı "Ölüləri qəbiristanlıqda basdırın"), Məşədi Cahangir (M.Cəlal "Dirilən adam"), Karpe (O. İoseliani "Kaş araba aşmayaydı"), Roberto ("Silindr", Eduardo de Filippo), Mir Bağır ağa ("Ölülər", Cəlil Məmmədquluzadə) və s. obrazlarını göstərmək olar.

Qeyd edək ki, Məzahir Cəlilov 36 ildir Akademik Milli Dram Teatrında çalışır.

Son xəbərlər

Orphus sistemi