Yuxarı

Akademik Milli Dram Teatrında yeni tamaşanın məşqləri başlayır

Tamaşada baş rolu xalq artisti Ramiz Məlik ifa edəcək

Bakı. 4 avqust. REPORT.AZ/ Avqustun 20-dən Akademik Milli Dram Teatrının səhnəsində növbəti yeni tamaşanın məşqləri başlanacaq. "Mərhumun mesajı" adlanan əsərin müəllifi Hüseynbala Mirələmovdur. Tamaşaya quruluşu rejissor, əməkdar incəsənət xadimi Oruc Qurbanov verir.

Bu barədə "Report"a xalq artisti Ramiz Məlik bildirib.

Tamaşada baş rolu R.Məlik özü ifa edəcək.

Digər rollarda əməkdar artistlər Şəlalə Şahvələdqızı, Almaz Amanova, Əli Nur, Elxan Quliyev və başqaları çıxış edəcək.

Tamaşa yeni teatr mövsümündə təhvil veriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi