Yuxarı

Akademik Milli Dram Teatrında Tofiq Kazımov adına teatr studiyası yaradılacaq

Azərpaşa Nemət: Studiyada ancaq gənclər toplanacaq və yaradıcılıqla məşğul olacaqlar

Bakı. 11 sentyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında rejissor, xalq artisti, dövlət mükafatları laureatı Tofiq Kazımov adına teatr studiyası yaradılacaq. 

"Report" xəbər verir ki, bu barədə 143-cü teatr mövsümünün açılışına həsr olunan mətbuat konfransında Akademik Milli Dram Teatrının bədii rəhbəri və baş rejissoru Azərpaşa Nemət deyib.

O bildirib ki, studiyada ancaq gənclər toplanacaq və yaradıcılıqla məşğul olacaqlar. 

Qeyd edək ki, hazırda Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının 143-cü teatr mövsümünün açılışına həsr olunmuş mətbuat konfransı keçirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi