Akademik Milli Dram Teatrında mətbuat konfransı keçiriləcək

Akademik Milli Dram Teatrında mətbuat konfransı keçiriləcək Mətbuat konfransında jurnalistləri maraqlandıran bütün suallara cavab veriləcək
İncəsənət
1 Sentyabr , 2015 16:12
Akademik Milli Dram Teatrında mətbuat konfransı keçiriləcək

Bakı. 1 sentyabr. REPORT.AZ/ Akademik Milli Dram Teatrında mətbuat konfransı keçiriləcək.

Teatrdan "Report"a verilən məlumata görə, mətbuat konfransı yeni teatr mövsümü başlayanadək keçiriləcək. Yeni teatr mövsümü sentyabrın 18-də başlayır. 

Mətbuat konfransında Akademik Milli Dram Teatrının yeni təyin olunan bədii rəhbəri və baş rejissoru Azərpaşa Nemət və teatrın direktoru İsrafil İsrafilov Milli Dram Teatrının yeni mövsümdə görəcəyi işlər, səhnəyə qoyulacaq tamaşalar, ediləcək yeniliklər haqqında məlumat verəcəklər. 

Teatrdan bildirilib ki, mətbuat konfransında jurnalistləri maraqlandıran bütün suallara cavab veriləcək.

Son xəbərlər

Orphus sistemi