Akademik Milli Dram Teatrında “Bir, iki-bizimki!” tamaşası nümayiş etdiriləcək

Akademik Milli Dram Teatrında “Bir, iki-bizimki!” tamaşası nümayiş etdiriləcək Səhnə əsəri qadın və kişinin keçmişi, xatirələri üzərində qurulub
İncəsənət
18 May , 2017 11:37
Akademik Milli Dram Teatrında “Bir, iki-bizimki!” tamaşası nümayiş etdiriləcək

Bakı. 18 may. REPORT.AZ/ Akademik Milli Dram Teatrının kiçik səhnəsində yazıçı Kamal Abdullanın “Bir, iki-bizimki!” tamaşası nümayiş etdiriləcək.

Teatrın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tamaşa mayın 19-da saat 15:00-da başlayacaq. 

Səhnə əsərinin quruluşçu rejissoru Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsinin magistrantı Banu Quliyeva, yaradıcı iş rəhbəri sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Məleykə Məmmədovadır.

Tamaşada aktyorlar Vüsal Xalıqoğlu və Rada Nəsibova çıxış edəcəklər. Səhnə əsəri qadın və kişinin keçmişi, xatirələri üzərində qurulub. İki nəfərlik oyun onların əbədi rahatlıq tapmaq arzusunu təcəssüm etdirir.

Beş şəkildən ibarət əsəri Kamal Abdulla “bir-birini anlamaq istəyən və anlamayan, tapmaq istəyən və tapmayan iki nəfərin duyumlar dramı” şəklində təqdim edib.

Son xəbərlər

Orphus sistemi