Akademik Milli Dram Teatrı bölgələrə qastrol səfərinə gedib

Akademik Milli Dram Teatrı bölgələrə qastrol səfərinə gedib Teatr ilk tamaşanı Saatlıda nümayiş etdirib
İncəsənət
8 İyun , 2015 10:14
Akademik Milli Dram Teatrı bölgələrə qastrol səfərinə gedib

Bakı. 8 iyun. REPORT.AZ/ Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kollektivi bölgələrə qastrol səfərinə yollanıb.

"Report" xəbər verir ki, teatr ilk tamaşanı Saatlıda nümayiş etdirib.

Teatr Cəlil Məmmədquluzadənin "Anamın kitabı" və Abdulla Şaiqin "Danışan gəlincik" səhnə əsərlərini göstərib. Akademik Milli Dram Teatrının kollektivi növbəti tamaşanı İmişlidə nümayiş etdirəcək. 

İyunun 9-da İmişli sakinləri Hüseynbala Mirələmovun "Xəcalət" tamaşasına baxmaq imkanı qazanacaqlar.

Teatr qastrol səfəri çərçivəsində şimal-qərb rayonlarında yaşayan tamaşaçılar qarşısında hər 3 tamaşanı nümayiş etdirəcək.

Son xəbərlər

Orphus sistemi