“Ağır illər...Xoş xatirələr” filminin təqdimatı keçiriləcək

“Ağır illər...Xoş xatirələr” filminin təqdimatı keçiriləcək Filmin ssenari müəllifi və rejissoru Oktay Mir-Qasımdır
İncəsənət
29 Mart , 2015 19:06
“Ağır illər...Xoş xatirələr” filminin təqdimatı keçiriləcək

Bakı. 29 mart. REPORT.AZ/ Aprelin 3-də Nizami Kino Mərkəzində C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası ilə "Stüdyo-19" şirkətinin istehsal etdikləri "Ağır illər...Xoş xatirələr" sənədli filminin təqdimatı keçiriləcək.

"Report" xəbər verir ki, film Sovet hakimiyyətinin repressiya illərində azərbaycanlıların Qazaxıstan çöllərinə sürgün olunmasından, onların burada bütün çətinliklərə tab gətirərək qazax xalqı ilə qaynayıb-qarışıb həyatlarını davam etdirmələrindən bəhs edir.

Qeyd edək ki, filmin ssenari müəllifi və rejissoru xalq artisti Oktay Mir-Qasımdır.

Son xəbərlər

Orphus sistemi