Bakı. 18 fevral. REPORT.AZ/ Fevralın 20-də Əbdürrəhim bəy Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrında premyera olacaq. Teatrın yeni təyin edilmiş baş rejissoru Sərvər Əliyevin quruluşunda Miroslav Mitroviçin "Gecə yarısı soyğunçuluq" komediyasının ilk tamaşası Ağdam Dövlət Dram Teatrının Quzanlı qəsəbəsində fəaliyyət göstərən Mədəniyyət Sarayında nümayiş etdiriləcək.
Bu barədə "Report"a teatrın baş rejissoru Sərvər Əliyev məlumat verib.
Qeyd edək ki, tamaşada teatrın aktyorları Cəmilə Məmmədzadə, Suliddin Quliyev, Afəridə Sabirqızı, Elşən Cavadov, Qalib Abdullazadə çıxış edir.
Tamaşada əsas rollardan birini ifa etmək üçün aktyor Natiq Fərzəliyev Ağdam Teatrına dəvət olunub.