Ağdam teatrı mövsümə "Ağa Kərim xan Ərdəbili" tamaşası ilə yekun vuracaq

Ağdam teatrı mövsümə "Ağa Kərim xan Ərdəbili" tamaşası ilə yekun vuracaq İyulun 12-də məzuniyyətə gedən kollektiv Ağdamın işğal günündə bir araya gələcək
İncəsənət
7 İyul , 2016 13:36
Ağdam teatrı mövsümə Ağa Kərim xan Ərdəbili tamaşası ilə yekun vuracaq

Bakı. 7 iyul. REPORT.AZ/ Əbdürrəhim bəy Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrı 47-ci teatr mövsümünə iyulun 12-də yekun vuracaq.

Bu barədə "Report"a teatrın baş rejissoru, əməkdar artist Sərvər Əliyev məlumat verib.

Onun sözlərinə görə, teatr mövsümü Nəcəf bəy Vəzirovun "Ağa Kərim xan Ərdəbili" tamaşasının nümayişi ilə yekunlaşdıracaq.

Səhnə əsərinin rejissoru və baş rolun ifaçısı Ağdam teatrının aktyoru Kərim Həsənovdur. Tamaşada teatrın aktyorları Xəyalə Xudatova, Suliddin Quliyev, Cəfər Əhmədov çıxış edir. 

S.Əliyev deyib ki, teatr yeni mövsümü Süleyman Rüstəmin "Çimnaz xanım yuxudadır" birpərdəli pyesi ilə açacaq.

Tamaşa Süleyman Rüstəmin 110 illik yubileyi münasisibətilə hazırlanıb. Tamaşanı rejissoru, əməkdar artist Sərvər Əliyevdir.

Baş rejissor əsərdə əlavələrinin edildiyini bildirib. Tamaşada Üzeyir bəy Hacıbəylinin felyetonlarından istifadə edilib.

Qeyd edək ki, iyulun 12-də teatr mövsümünü yekunlaşdırıb, məzuniyyətə gedən kollektiv iyulun 23-də Ağdamın işğal günündə yenidən toplanacaq. Həmin gün Agdam teatrında "O kənd bizim kəndimizdir" adlı kompozisiya nümayiş etdiriləcək. 

Son xəbərlər

Orphus sistemi