Xalq artisti Ağaxan Abdullayev torpağa tapşırılıb - YENİLƏNİB-2

Xalq artisti Ağaxan Abdullayev torpağa tapşırılıb - YENİLƏNİB-2 Azərbaycanın birinci xanımı Mehriban Əliyeva vida mərasimində iştirak edib
İncəsənət
26 Dekabr , 2016 15:01
Xalq artisti Ağaxan Abdullayev torpağa tapşırılıb - YENİLƏNİB-2

*** ilk xəbərlər saat 12:23 və saat 14:05-də yayımlanıb

Bakı. 26 dekabr. REPORT.AZ/ Suraxanı Mədəniyyət Evində məşhur xanəndə, xalq artisti Ağaxan Abdullayevlə vida mərasimi keçirilib.

"Report" xəbər verir ki, vida mərasimində Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, ictimaiyyət nümayəndələri, mədəniyyət xadimləri, mərhumun yaxınları iştirak ediblər.

Mərhum Türkan qəbiristanlığında dəfn olunub.

Xatırladaq ki, A.Abdullayev uzun sürən xəstəlikdən sonra dekabrın 25-də vəfat edib.

Son xəbərlər

Orphus sistemi