Yuxarı

Ağakişi Kazımovun 80 illik yubileyi keçiriləcək

Teatr Xadimləri İttifaqı oktyabrda keçirəcəyi yubileylərin siyahısını açıqlayıb

Bakı. 24 sentyabr. REPORT.AZ/ Azərbaycan Teatr Xadimləri İttifaqı oktyabrda üç teatr xadiminin yubileyini keçirəcək.

Bu barədə "Report"a Teatr Xadimləri İttifaqından məlumat verilib.

Oktyabrın 5-də əməkdar artist Məcnun Hacıbəyovun 80 illik yubileyi, oktyabrın 19-da Kukla Teatrının aktyoru, mərhum Ruslan Həsənovun 70 illik yubileyi ilə bağlı tədbir keçiriləcək.

Oktyabrın 26-da isə xalq artisti, rejissor Ağakişi Kazımovun 80 illik yubileyi Teatr Xadimləri İttifaqında qeyd ediləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi