Yuxarı

Afaq Bəşirqızı yubileyini tamaşa ilə qeyd edəcək

Oktyabrın 20-də Mərdəkan Mədəniyyət Evində “Toya bir gün qalmış” komediyası nümayiş etdiriləcək

Bakı. 15 oktyabr. REPORT.AZ/ Mərdəkan Mədəniyyət Evində xalq artisti, “Şöhrət” ordenli Afaq Bəşirqızının iştirakı ilə Əli Səmədlinin “Toya bir gün qalmış” komediyası nümayiş olunacaq. 

Bu barədə "Report"a Azərbaycan Dövlət Musiqili Teatrının mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, A.Bəşirqızının 60 illik yubileyi ilə bağlı bir sıra tədbirlər planlaşdırılıb. Oktyabrın 20-də Mərdəkan Mədəniyyət Evində tamaşanın nümayişi də yubiley tədbirləri çərçivəsində baş tutacaq.  

Afaq Bəşirqızı “Toya bir gün qalmış” tamaşasında baş qəhrəmanı – Qadın obrazını canlandırır. 

Qeyd edək ki, tamaşanın quruluşçu-rejissoru, əməkdar incəsənət xadimi Əsgər Əsgərov, quruluşçu-rəssamı Nabat Salamova, rejissor assistenti Tamilla Aslanovadır.

Tamaşada xor və balet truppasının artistləri ilə yanaşı, əsas rolları xalq artisti Afaq Bəşirqızı, əməkdar artist Ələkbər Əliyev, aktyorlar Əliməmməd Novruzov, Gülcahan Salamova, Möylə Mirzəliyev, Gülnarə Əzizova, Məhərrəm Qurbanov, Ruslan Mürsəlov, Hüseyn Əlili və başqaları ifa edir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi