Afaq Bəşirqızı yubileyini tamaşa ilə qeyd edəcək

Afaq Bəşirqızı yubileyini tamaşa ilə qeyd edəcək Oktyabrın 20-də Mərdəkan Mədəniyyət Evində “Toya bir gün qalmış” komediyası nümayiş etdiriləcək
İncəsənət
15 Oktyabr , 2015 13:43
Afaq Bəşirqızı yubileyini tamaşa ilə qeyd edəcək

Bakı. 15 oktyabr. REPORT.AZ/ Mərdəkan Mədəniyyət Evində xalq artisti, “Şöhrət” ordenli Afaq Bəşirqızının iştirakı ilə Əli Səmədlinin “Toya bir gün qalmış” komediyası nümayiş olunacaq. 

Bu barədə "Report"a Azərbaycan Dövlət Musiqili Teatrının mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, A.Bəşirqızının 60 illik yubileyi ilə bağlı bir sıra tədbirlər planlaşdırılıb. Oktyabrın 20-də Mərdəkan Mədəniyyət Evində tamaşanın nümayişi də yubiley tədbirləri çərçivəsində baş tutacaq.  

Afaq Bəşirqızı “Toya bir gün qalmış” tamaşasında baş qəhrəmanı – Qadın obrazını canlandırır. 

Qeyd edək ki, tamaşanın quruluşçu-rejissoru, əməkdar incəsənət xadimi Əsgər Əsgərov, quruluşçu-rəssamı Nabat Salamova, rejissor assistenti Tamilla Aslanovadır.

Tamaşada xor və balet truppasının artistləri ilə yanaşı, əsas rolları xalq artisti Afaq Bəşirqızı, əməkdar artist Ələkbər Əliyev, aktyorlar Əliməmməd Novruzov, Gülcahan Salamova, Möylə Mirzəliyev, Gülnarə Əzizova, Məhərrəm Qurbanov, Ruslan Mürsəlov, Hüseyn Əlili və başqaları ifa edir. 

Son xəbərlər

Orphus sistemi