​ADU-da “Xocalı harayı” adlı tamaşa nümayiş olunub

​ADU-da “Xocalı harayı” adlı tamaşa nümayiş olunub Rektor Səməd Seyidov: "Xocalı soyqırımı xalqın ən qanlı tarixidir"
İncəsənət
19 Fevral , 2015 17:28
​ADU-da “Xocalı harayı” adlı tamaşa nümayiş olunub

Bakı. 19 fevral. REPORT.AZ/ Azərbaycan Dillər Universitetində ali təhsil müəssisəsinin Pedaqoji fakültəsinin təşkilatçılığı ilə Xocalı soyqırımına həsr olunmuş “Xocalı harayı” adlı tamaşa nümayiş olunub.

ADU-nun İctimaiyyətlə əlaqələr departamentindən "Report"a verilən məlumata görə, tamaşanın nümayişindən öncə Azərbaycanın dövlət himni səsləndirilib. Daha sonra Xocalı soyqırımında həlak olmuş insanların əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Sonra iştirakçılar “Xocalı harayı” adlanan tamaşanı izləyiblər. Tamaşada 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərək etnik azərbaycanlılara qarşı baş vermiş soyqırımda xalqın başına gətirilən zülmlər, millətin məruz qaldığı işgəncələr, didərgin düşmüş Xocalı sakinlərinin acınacaqlı vəziyyəti əks olunub.

Daha sonra ADU-nun rektoru, deputat Səməd Seyidov çıxış edərək, Xocalı soyqırımının xalqın ən qanlı tarixi olduğunu və bu tarixin içərisində böyük ümid yarandığını deyib. Bu gün bu tarixi xatırladan gənclərin yaşının Xocalı soyqırımına bərabər olduğunu söyləyən Səməd Seyidov bu qanlı xatirəni bizə çatdıran tələbələrin buna canlı tarix kimi yanaşdıqlarının vacib amil olduğunu nəzərə çatdırıb. 

YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı tamaşanın yüksək səviyyədə təşkil olunduğunu və ürəyin incə tellərini oyatdığını söyləyib.

Son xəbərlər

Orphus sistemi