Adil Məlikovun xatirəsinə həsr olunmuş gecə keçiriləcək

Adil Məlikovun xatirəsinə həsr olunmuş gecə keçiriləcək Konsertin oktyabrın 12-də Beynəlxalq Muğam Mərkəzində keçirilməsi nəzərdə tutulur
İncəsənət
9 Oktyabr , 2017 14:44
Adil Məlikovun xatirəsinə həsr olunmuş gecə keçiriləcək

Bakı. 9 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Televiziyası (AzTV) və "Mədəniyyət" kanalının təşkilatçılığı ilə görkəmli vokal ifaçısı Adil Məlikovun xatirəsinə həsr olunmuş gecə keçiriləcək.

"Mədəniyyət" kanalından "Report"a verilən məlumata görə, konsertin oktyabrın 12-də Beynəlxalq Muğam Mərkəzində keçirilməsi nəzərdə tutulur.

Gecədə xalq artisti Qərinə Kərimova, əməkdar artistlər - Gülnaz İsmayılova, Zemfira İsmayılova, İnarə Babayeva, İlahə Əfəndiyeva, Səbinə Vahabzadə, Əliəhməd İbrahimov, Cahangir Qurbanov, Afaq Abbasova, Səidə Şərifəliyeva, Nərgiz Kərimova, Fərid Əliyev, Anton Ferştandt, vokalçılar - Nina Makarova və Taleh Yahyayev çıxış edəcəklər.

Son xəbərlər

Orphus sistemi