Yuxarı

ADA Universitetində IV Beynəlxalq Festival keçiriləcək

Festivalın keçirilməsində məqsəd müxtəlif mədəniyyətlərlə tanışlıq və mədəniyyətlər arasında dialoq yaratmaqdır

Bakı. 12 noyabr. REPORT.AZ/ Noyabrın 14-də ADA Universitetində IV Beynəlxalq Festival keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə ADA-nın mətbuat xidmətinin yaydığı məlumatında bildirilib.

Festivalın keçirilməsində məqsəd müxtəlif mədəniyyətlərlə tanışlıq və mədəniyyətlər arasında dialoq yaratmaqdır.

Tədbirdə Azərbaycanda fəaliyyət göstərən səfirliklərin nümayəndələri, beynəlxalq təşkilatların əməkdaşları və Azərbaycanın müxtəlif universitetlərində, o cümlədən ADA-da təhsil alan beynəlxalq və yerli tələbələr iştirak edəcək.

Festival zaman Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan haqqında məlumat masası, Azərbaycan milli rəqsləri və milli geyimlər də nümayiş etdiriləcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi