ABŞ, Ukrayna və Azərbaycandan olan vokalçılar “Madam Batterflay” operasını təqdim edəcək

ABŞ, Ukrayna və Azərbaycandan olan vokalçılar “Madam Batterflay” operasını təqdim edəcək Tamaşanın dirijoru xalq artisti, professor Yalçın Adıgözəlovdur
İncəsənət
31 Mart , 2016 15:14
ABŞ, Ukrayna və Azərbaycandan olan vokalçılar “Madam Batterflay” operasını təqdim edəcək

Bakı. 31 mart. REPORT.AZ/ Aprelin 9-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında keçiriləcək C.Puççininin “Madam Batterflay” operasının tamaşasında azərbaycanlı opera sənətçiləri ABŞ və Ukraynadan olan vokal ulduzları ilə birlikdə çıxış edəcəklər.

Bu barədə “Report”a Opera və Balet Teatrının mətbuat xidmətindən məlumat verilib.

İlk dəfə olaraq bu operada Çio-Çio-San partiyasını Cənubi Koreya mənşəli amerikalı vokalçı Sueon Kim ifa edəcək.

Sueon Kim dünyanın ən mötəbər teatr və konsert səhnələrində - Nyu-Yorkun Karneqi-holl, Vyananın Müzikfereyn, Tokionun Santori-holl və Honkonqun City-holl kimi saraylarında solo konsertlər və opera tamaşalarında çıxış edib.

Vokalçı Fransa, Almaniya, Yaponiya, Cənubi Koreya, Çexiya, Nyu-Yorkun “Metropoliten-operası”nda “Kənd namusu”, “Traviata”, “Don Juan”, “Boqema”, “Trubadur”, “Armida” və s. opera tamaşalarında əsas partiyalarını uğurla ifa edir.

Aprelin 9-da “Madan Batterflyay” operasının tamaşasında Şarples partiyasında isə Ukraynanın əməkdar artisti Dmitri Qrişin çıxış edəcək.

Tamaşada Azərbaycanın əməkdar artistləri Fərid Əliyev Pinkerton, Səbinə Vahabzadə isə Suzuki rolunu ifa edəcək.

Tamaşanın dirijoru xalq artisti, professor Yalçın Adıgözəlovdur. 

Son xəbərlər

Orphus sistemi