ABŞ Kinoaktyorlarının Gildiyası mükafatının qalibləri bəlli olub

ABŞ Kinoaktyorlarının Gildiyası mükafatının qalibləri bəlli olub Gildiyanın versiyasına görə, Denzel Vaşinqton ən yaxşı aktyor, Emma Stoun isə ən yaxşı aktrisa seçilib
İncəsənət
30 Yanvar , 2017 10:02
ABŞ Kinoaktyorlarının Gildiyası mükafatının qalibləri bəlli olub

Bakı. 30 yanvar. REPORT.AZ/ ABŞ Kinoaktyorlarının Gildiyası mükafatının münsiflər heyəti bütün nominasiyalar üzrə qaliblərin adlarını açıqlayıb.

Bu barədə "Report" "Associated Press"ə istinadən xəbər verir.

Gildiyanın versiyasına görə, ən yaxşı aktyor nominasiyasının qalibi Denzel Vaşinqton seçilib. O, "Əngəllər" filmindəki roluna görə, mükafata layiq görülüb. Münsiflər heyəti ən yaxşı aktrisa kimi "La La Lend" müziklında Miya rolunu canlandıran Emma Stounu fərqləndirib.

Ən yaxşı ikinci plan aktyoru nominasiyasında Maherşala Əli ("Ay işığı"), ən yaxşı ikinci plan aktrisası nominasiyasında isə Viola Devis ("Əngəllər") mükafata sahib çıxıb.

"Ən yaxşı aktyor heyəti" nominasiyasında "Gizli fiqurlar" filmi qalib olub.

Son xəbərlər

Orphus sistemi