ABŞ-ın tanınmış aktyoru vəfat edib

ABŞ-ın tanınmış aktyoru vəfat edib Corc Kennedi 92 yaşında dünyasını dəyişib
İncəsənət
1 Mart , 2016 11:03
ABŞ-ın tanınmış aktyoru vəfat edib

Bakı. 1 mart. REPORT.AZ/ ABŞ-ın tanınmış aktyoru Corc Kennedi 92 yaşında dünyasını dəyişib.

"Report"un xəbərinə görə, onun nəvəsi mətbuata açıqlamasında bildirib ki, babası gözəl həyat yaşayıb və bundan sonra onun ruhu rahatlıq tapacaq.

Aktyor son illər ağır xəstəlikdən əziyyət çəkirmiş.

Qeyd edək ki, Corc Kennedi 1925-ci ildə Nyu-Yorkda aktyor ailəsində dünyaya gəlib. 1950-ci ildən kinoya gələn aktyor, "Oskar" mükafatının sahibi olub.

İkinci dünya müharibəsinin veteranı olan Corc Kennedinin adı Hollivudun "ulduzlar xiyabanında" qeyd edilib.


Son xəbərlər

Orphus sistemi