Yuxarı

​ABŞ-ın məşhur musiqi qrupu ilk dəfə Azərbaycanda konsert verəcək

Silver City Bound qrupu ilk dəfə Azərbaycana gəlib

Bakı.17 may. REPORT.AZ/ Amerikanın bluqrass musiqi janrında ifa edən Silver City Bound qrupu ilk dəfə Azərbaycana gəlib.

Bu barədə "Report"a ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib. 

Diplomatik nümayəndəlikdən bildirilib ki, bu qrup Amerikanın ənənəvi musiqisinin müxtəlif ölkələrdən olan musiqiçilərlə birgə təqdimatları ilə məşhurdur. 2014-cü ildə qrup ABŞ-ın Dövlət Departamenti adından Çin, Myanmar, Laos və Vyetnam kimi ölkələrə səfər etmək üçün seçilib.  

Azərbaycanda olarkən Silver City Bound qrupu ABŞ səfirliyinin təşkil etdiyi və mayın 13-dən başlayıb 22-dək davam edəcək Amerika Günləri çərçivəsində müxtəlif ictimai konsertlərlə çıxış edəcək və yerli musiqiçilər üçün ustad dərslər keçirəcək. Konsertlər Sumgayıt, Quba və Bakıda yerləşən Muğam Mərkəzi və Bayraq Meydanındakı Yaşıl Kafedə olacaq.

Qeyd edək ki, Bluqrass musiqisi kantri musiqi janrına yaxın olan ənənəvi Amerika musiqi formasıdır. Appalachia ərazisinin musiqisinin təsirinə məruz qalan Bluqrass özündə ənənəvi İrland, Şotlandiya, Uelş və İngilis musiqisinin köklərini birləşdirir, daha sonra isə o həmçinin jazz elementlərinin əlavə edilməsi nəticəsində Afrika-Amerika musiqisinin təsirinə da məruz qalıb. 

Özünün xarici turnelərindən əlavə olaraq, Silver City Bound qrupu "Jazz at Lincoln Center", SFJAZZ, Stanford Jazz Festivalı, Şimalı Karolina Məktəbinin İncəsənət Universiteti və digər məşhur incəsənət təşkilatlarının köməyi ilə ABŞ-da 200-dən çox konsertlər və ustad dərsləri keçib. Göstərilən təşkilatlar Amerika musiqisinin çox mədəniyyətli mənşəyini tədqiq edir və eyni zamanda auditoriyalara improvizasiya, şifahi tarix, ritm və blyuz kimi konsepsiyaları təqdim edir.

17 may 15:00-16:00 Sumqayıt şəhərindəki N.Nərimanov adına Mədəniyyət Evində konsert

19 may 15:00-16:00 Quba şəhərindəki Yaşıl Teatrda konsert

20 may 15:00-18:00 Rəşid Behbudov küç. 134 ünvanında yerləşən Amerika Mərkəzindəki

Bağlanış Mərasimi

20 may 20:00-22:00 Muğam Mərkəzində Konsert

21 may 16:00-19:00 Bayraq Meydanındakı Yaşıl Kafedə Bağlanış Mərasimi.

Konsertlər ictimaiyyət üçün açıq və pulsuzdur:

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi