​ABŞ İrana daha 73 tarixi əsəri qaytarıb

​ABŞ İrana daha 73 tarixi əsəri qaytarıb İslamdan əvvəlki dövrə aid əsərlər İranın Milli Muzeyinə təhvil verilib
İncəsənət
9 May , 2016 12:25
​ABŞ İrana daha 73 tarixi əsəri qaytarıb

Bakı. 9 may. REPORT.AZ/ ABŞ İrana 73 tarixi-mədəni əsər qaytarıb. "Report"un İslam Respublikasının Xarici İşlər Nazirliyinə istinadən məlumatına görə, islamdan öncəki dövrə aid əsərlər İranın Milli Muzeyinə təhvil verilib.

Qeyd edək ki, ötən ilin aprelində ABŞ 108 tarixi abidə nümunəsini İrana qaytarmışdı. İranın cənub-qərbindəki Çoqamış kurqanlarından aşkar edilən və uzun illər ABŞ-dakı Çikaqo Universitetində saxlanılan 108 daş kitabə və tarixi əsər İslam Respublikasının Milli Muzeyinə təhvil verilib.

Coqamışdakı arxeoloji qazıntılar nəticəsində aşkarlanan 264 tarixi nümunə araşdırma aparılması məqsədi ilə Çikaqo Universitetinin Şərqşünaslıq İnstitutuna verilib. Nümunələr ötən 50 ildə orada saxlanılıb. 3 il öncə isə 156 detal qaytarılıb. 

Çoqamış abidələri (bəzi mənbələrdə Çığamış) içərisində ən maraqlı nümunələrdən biri də Azərbaycanda dünyanın ilk ansamblının təşəkkül tapdığını sübut edən, üzərində cəngdə, qoşanağara, qara zurna və kasalarda ifa edən musiqiçilər qrupunun və əlini qulağının dibinə qoyaraq mahnı oxuyan xanəndənin təsvir edildiyi daşdır.

Son xəbərlər

Orphus sistemi