​Vasif Talıbov Abbasqulu ağa Bakıxanovun nəticəsinə fəxri ad verib

​Vasif Talıbov Abbasqulu ağa Bakıxanovun nəticəsinə fəxri ad verib Tofiq Bakıxanov musiqi mədəniyyətinin inkişafındakı xidmətlərinə görə bu ada layiq görülüb
İncəsənət
9 Dekabr , 2015 09:30
​Vasif Talıbov Abbasqulu ağa Bakıxanovun nəticəsinə fəxri ad verib

Bakı. 9 dekabr. REPORT.AZ/ Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov Azərbaycanın tanınmış bəstəkarına fəxri ad verilməsi haqda sərəncam imzalayıb.

"Report"un məlumatına görə, V.Talıbovun sərəncam ilə bəstəkar, professor Tofiq Əhməd Ağa oğlu Bakıxanova Naxçıvan Muxtar Respublikasının "Əməkdar incəsənət xadimi" fəxri adı verilib.

T.Bakıxanov musiqi mədəniyyətinin inkişafındakı xidmətlərinə görə bu ada layiq görülüb.

Qeyd edək ki, Tofiq Bakıxanov 1930-cu ildə Bakı şəhərində anadan olub. O, tarixçi Abbasqulu ağa Bakıxanovun nəticəsi, tarzən Əhməd Bakıxanovun oğludur. 1973-cü ildə "Əməkdar incəsənət xadimi" fəxri adına layıq görülüb.

T.Bakıxanov 1991-ci ildə ona Azərbaycanın xalq artisti adı verilib. 1994-2000-ci illərdə Abbasqulu ağa Bakıxanov adına mükafatın laureatıdır. 2000-ci ildə "Şöhrət ordeni" ilə təltif olunub.

Son xəbərlər

Orphus sistemi