Yuxarı

8 Mart Beynəlxalq Qadınlar Günü ərəfəsində “Qu gölü" baleti nümayiş etdiriləcək

Tamaşada baş rolu Belarus Milli Akademik Böyük Opera və Balet Teatrının prima-balerinası Lyüdmila Xitrova ifa edəcək

Bakı. 22 fevral. REPORT.AZ/ Martın 5-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında P.Çaykovskinin “Qu gölü” baletinin tamaşası keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə məlumatı Akademik Opera və Balet Teatrının mətbuat xidməti yayıb.

Tamaşaçıların çox sevdiyi və hər zaman böyük maraq göstərdiyi bu baletin tamaşası 8 Mart Beynəlxalq qadınlar gününə həsr olunacaq.

Tamaşada Odetta-Odilliya rolunu ifa etmək üçün Belarus Milli Akademik Böyük Opera və Balet Teatrının prima-balerinası, Balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatı Lyüdmila Xitrova dəvət olunub.

L.Xitrova dünyanın bir çox ölkələrində - Böyük Britaniya, Fransa, İtalitya, Almaniya, İspaniya, Meksika, Cənubi Koreya, Misir kimi ölkələrdə qastrol səfərlərində olub. Bu, onun Bakıya ilk səfəridir.

Onun tərəf-müqabili Şahzadə Ziqfridi rolunu Belarusun əməkdar artisti, Balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatı Oleq Yeromkin ifa edəcək.

Tamaşanı Azərbaycanın xalq artisti, professor Cavanşir Cəfərov idarə edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi