Yuxarı

Sentyabrda 72-ci Venesiya Film Festivalı keçiriləcək

Festivalın münsiflər heyətinə məşhur türk rejissoru Nuri Bilge Ceylan da daxil edilib

Bakı. 28 iyul. REPORT.AZ/ Sentyabrın 2-dən 12-dək Venesiyanın Lido adasında 72-ci Venesiya Film Festivalı keçiriləcək.

"Report" xəbər verir ki, festivalın münsiflər heyətinə "Oskar" mükafatının sahibi Pavel Pavlikovski və Kann Festivalının qalibi, türk rejissoru Nuri Bilge Ceylan da daxildir.

Hər il yüksək səviyyədə keçən festivalın münsiflər heyətinə, həmçinin İtaliyanın tanınmış rejissoru Emmannuel Karrer, Françesko Munçi, Xoy Syosan, Linn Remsi, Elizabet Benks və başqaları daxildir.

Münsiflər heyətinin rəhbəri "Qravitasiya" filminə görə "Oskar" mükafatına layiq görülmüş Alfonso Quarondur.

72-ci Venetsiya Film Festivalının açılışı rejissor Baltasar Kormokurun "Everest" filmi ilə olacaq. Film real hadisələr əsasında çəkilib.

İyulun 29-da Romada keçiriləcək mətbuat konfransında müsabiqənin proqramına daxil edilən iştirakçılar və filmlərin adları açıqlanacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi