Yuxarı

68-ci Kann Festivalında Azərbaycan pavilyonu açılıb

Azərbaycan 5-ci dəfədir Kann Festivalında iştirak edir

Bakı. 14 may. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə 68-ci Kann Beynəlxalq Film Festivalında Azərbaycan kino pavilyonu açılıb.

"Report" xəbər verir ki, Azərbaycan 5-ci ildir ardıcıl olaraq Kann Beynəlxalq Film Festivalında iştirak edir.

Kannda Azərbaycanı "Azərbaycanfilm" kinostudiyasının direktoru Müşfiq Hətəmov, kinoşünas, rejissor Ayaz Salayev, rejissor Asif Rüstəmov və digər kino mütəxəssisləri Azərbaycan kinematoqrafiyasını dünyanın ən nüfuzlu kino toplantısında təmsil edir.

Pavilyonda müasir kinomuzu, onun imkanlarını və nailiyyətlərini, Azərbaycanda turizm imkanlarını əks etdirən, Baku 2015 Birinci Avropa Oyunlarını təbliğ edən çap və reklam məhsulları nümayiş olunur.

Qeyd edək ki, bu il "Azərbaycanfilm" tarixində ilk dəfə olaraq Kann kino bazarına 6 film təqdim edib.

Bunlar “Şəhər motivləri”, “Qırmızı bağ”, “Yarımçıq xatirələr”, “İçəri Şəhər”, “Axınla aşağı”, “Qisas almadan ölmə. Keçmişdən məktublar” bədii filmlərdir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi