Yuxarı

Bu gün ​66-cı Berlin kinofestivalı başlayır

Müsabiqədə 18 film nümayiş olunacaq

Bakı. 11 fevral. REPORT.AZ/ Bu gün 66-cı Berlin beynəlxalq kinofestivalı açılacaq.

"Report" xarici KİV-inə istinadən xəbər verir ki, festivalın açılış günündə Koen qardaşlarının müsabiqədənkənar "Yaşasın Sezar!" yeni kinokomediyası təqdim ediləcək. 

Festivalda ümumilikdə 18 film nümayiş olunacaq.

Berlinale müsabiqəsi fevralın 21-dək davam edəcək. Festivalda Deni Kote, Ceff Nikols, Tomas Vinterberq, Andre Teşine, Lav Dias, Aleks Qibni kimi tanınmış rejissorların ekran əsəri göstəriləcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi